"Bakıda aktiv sürüşmə zonalarında çoxmənzilli binalar tikilib" - Ekspertdən XƏBƏRDARLIQ

Paytaxt Bakının bir sıra ərazilərində zaman-zaman torpaq sürüşməsi halları baş verib. Bir çox hallarda hadisənin olduğu yerlərdə həm də fərdi evlər mövcuddur.
Bəs Bakıda torpaq sürüşməsi ehtimalı olan yerlərdə tikilən evlər sökülə bilər?
Avtosfer.az-ın məlumatına görə, bu barədə daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, Bakının və Abşeronun seysmik xəritəsi mövcuddur və bu xəritə müvafiq icra hakimiyyəti orqanlarında, eyni zamanda Fövqəladə Hallar Nazirliyində də var:
"Bu xəritədə paytaxt ərazisindəki aktiv sürüşmə əraziləri, vulkanik və digər ərazilər öz əksini tapır. Təəssüflə qeyd etməliyəm ki, bəzi ərazilər aktiv sürüşmə zonası kimi qeyd olunsa da, orada çoxmənzilli binalar inşa olunub. Həmin çoxmənzilli binalarda illərdir yaşayan insanlar var. Ona görə də bu məsələ ayrılıqda bir müzakirə predmetidir. Hesab etmirəm ki, hökumətin bununla bağlı bu gün iqtisadi imkanları o səviyyədədir ki, paytaxtın bütün seysmik və sürüşmə ərazilərinin hamısında köçürmə işlərini həyata keçirsin. Bu, kifayət qədər böyük maliyyə resursları tələb edən bir məsələdir".
R.Osmanlının sözlərinə görə, bu məsələ gələcək üçün prioritet olmalıdır ki, ən azından tikintiyə icazə verən, nəzarət edən təşkilatlar, eyni zamanda FHN həmin ərazilərdə aparılan tikinti işlərinə ciddi nəzarət etsinlər və aktiv sürüşmə ərazilərində tikintini tamamilə dayandırılsın.
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA












