Bakıda altı bahalı avtomobil toqquşub, 2 yaralı - FOTO

Bakının Səbail rayonunda 6 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Neftçilər prospektindəki Dəniz vağzalının yaxınlığında qeydə alınıb. Sürücü Pərviz Babazadə idarə etdiyi “ Kia Sportage” markalı avtomaşınla prospektlə hərəkətdə olarkən, yolun qadağan olunmuş hissəsində dayanan "Mercedes" markalı avtomobili vurmamaq üçün avtomobili sola çəkib. Sürət yüksək olduğundan idarəetməni itirən sürücü əvvəlcə avtomobili "Mercedes"ə çırpıb. Daha sonra yol kənarında dayanan, hələlik sürücüləri məlum olmayan “Jeep Grand Cherokee” və “Hyundai Elantra” nı vurub. Sonra isə yaşayış binasına çırpılıb. "Hundai" isə qarşısında dayanan “ Galenvagen”ə, sonra isə "Ford Focus"a çırpılıb.
Hadisəyə səbəb olan "Mercedes"in və "Kia"-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. "Mercedes"in sürücüsünün vəziyyəti ağır olduğu üçün xəstəxanaya aparılıb. Yol nəqliyyat hadisəsində bütün avtomobillər yararsız hala düşüb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Mercedes"in sürücüsünün avtomobili yolun qadağan olunmuş hissəsində saxlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA


















