Bakıda avtobus sürücülərinin kadr bazası yaradılır

Avtosfer.az xəbər verir ki, bunu trend-ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov deyib. Onun sözlərinə görə, hərəkətin intensivliyinin artdığı bir dövrdə avtobus sürücüləri nəinki yol hərəkəti qaydalarını dəqiq yerinə yetirməli, eyni zamanda, hərəkətin digər iştirakçılarına, xüsusilə də sərnişinlərə, eləcə də piyadalara qarşı çox ehtiyatlı və diqqətli olmalıdırlar. Onlar yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş insanlara hər cür kömək və yardım göstərməlidirlər: “Bütün bu keyfiyyətlər sürücü mədəniyyətinin ən yaxşı göstəriciləridir. Sürücülük peşəsinin gözəlliyi nəqliyyatın rahat və təhlükəsiz idarə olunmasındadır. Hərəkətin təhlükəsizliyi isə sürücülərin peşə hazırlığı səviyyəsindən birbaşa asılıdır”.
Ə.Cəfərov qeyd edib ki, lakin belə sürücüləri tapmaq az qala müşkülə çevrilib: “Bu gün avtobusu idarə etmək üçün normal, həm sürücülük kateqoriyası, həm də mədəni davranış səviyyəsi baxımından tələblərə cavab verən sürücü tapmaq çətin bir işə çevrilib. Avtobusu sürücüsü işləmək əslində çox çətindir. Ona görə də bu məqsədlə avtobus sürücülərinin hazırlanması üçün kurslar açılıb”.
İdarə rəsmisi bildirib ki, hazırda avtobus sürücülərinin kadr bazası, həmin şəxslərin elektron məlumat sistemi yaradılır: “Bununla əlaqədar artıq 150 sürücü İdarənin Tədris-Kurs Kombinatında təhsillərini bitiriblər. Onların xeyli hissəsi DYP-də imtahan verərək müvafiq sürücülük vəsiqələri alıblar. Bundan sonra onlar artıq işə başlayacaqlar. Gələcəkdə bu iş davam etdiriləcək, onların sayı daha da artırılacaq. Geniş avtobus sürücüsü bazası yarandıqdan sonra sürücülük məsuliyyətini hiss etməyən şəxsləri işdən azad edəcəyik”.
Taksilərlə bağlı sərəncam imzalandı – Bu sürücülərin kartı ləğv edilir
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO










