Bakıda avtobus sürücüsü sərnişinlərin başına oyun açdı

Ötən gün Bakının Yasamal rayonunda iki içi dolu avtobus yarışa çıxıblar. Saat 18:30 radələrində sərnişinlərlə dolu 18 saylı avtobusun sürücüləri interval üstündə dalaşıb. Sürücülər avtobusu vəhşi kimi idarə edərək sərnişinlərin həyatını təhlükəyə atıblar. Bu azmış kimi Yasamal bazarı yaxınlığında 18 saylı 10 TC 273 nömrə nişanlı avtobusun sürücüsü işıqforun qırmızı işığında, yolun ortasında avtobusu saxlayaraq sərnişinləri düşürüb. O, bildirib ki, Yasamal bazarı yaxınlığındakı dayanacağa girməyəcək. Kim istəyir yolun ortasında düşsün. Yolun ortasında düşən sərnişinlər isə təhlükə ilə üzləşiblər. Belə ki, onlar hərəkət başlayan yolda, maşınların arasında qalıblar. Sərnişinlərdən çoxu buna etiraz etsələr də, sürücü buna əhəmiyyət verməyib. Üstəlik etiraz edən sərnişinlərin üstünə qışqırıb.
Məsələ ilə əlaqədar “Xaliq Faiqoğlu” MMC-nin rəhbərilə əlaqə saxladıq. Xalid müəllim anspress-ə bildirdi ki, avtobusun nömrə nişanını götürüb və hadisə araşdırlıacaq.
“Həmin sürücü ciddi şəkildə cəzalandırılacaq. Çalışacağıq ki, bir də belə hadisələr baş verməsin”.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdir müavini Vüqar İbrahimlinin verdiyi məlumata görə, bu gün həmin sürücü barədə hüquq normaları çərçivəsində tədbirlər görüləcək.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












