Bakıda avtomobil oğruları tutuldu

Bakıda oğurluqda şübhəli bilinən cinayətkar dəstənin iki üzvü saxlanılıb. Nizami rayon 24-cü polis bölməsindən vesti.az-a verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 36 yaşlı Bakı sakini Namiq Babayev və Elmin Əliyev tutulub. Ehtimala görə, cinayətkar dəstənin iki üzvü hələlik azadlıqdadır. Polis onların da həbsi istiqamətində iş aparır. Namiq Babayev və Elmin Əliyev “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı kafelərdən birində tutulub. Saxlanılan şəxslər polisləri görən zaman kafenin arxa qapısından qaçmaq istəyiblər. Lakin əməliyyatçılar onları yaxalaya bilib. İlkin araşdırma zamanı müəyyən edilib ki, N.Babayev müxtəlif cinayətlərə görə əvvəllər üç dəfə məhkum olunub. 36 yaşlı N.Babayev həyatının 12 ilini dəmir barmaqlıqlar arxasında keçirib. Cinayət işinin materiallarına əsasən, dəstə üzvlərinin 30 epizod üzrə cinayət əməli törətdiyi ehtimal olunur. Saxlanılan şəxslər toy zamanı şadlıq saraylarının qarşısında dayanmış avtomobillərdən oğurluq etməyə üstünlük veriblər. Avtomobillərdən bahalı əşyalar və pullar oğurlanıb. Onlar əsasən qadın sürücülərin idarə etdikləri avtomobilləri seçiblər. Onların oğurluq əməllərini təxminən iki ay müddətində törətmələri də məlum olub. Cinayətdə şübhəli bilinən şəxslər qarət etdikləri pulla 3 maşın alınıb.
Faktla bağlı araşdırma araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












