Bakıda avtomobil qatarın altında qaldı

Bu gecə saat 04 radələrində Bakının Nizami rayonu ərazisində yol qəzası baş verib. Avtosfer..az-ın məlumatına görə, bu barədə hadisə şahidləri anspress-ə bildiriblər. Keşlə qəsəbəsində “Şanxay” adlanan ərazisində, Pəhlivan Fərzəliyev küçəsində minik maşını yük qatarı ilə toqquşub. Nəticədə qatar maşını bir neçə metr sürüyüb. Qəsəbə sakini Ceyhun Rzayevin verdiyi məlumata görə, hadisə zamanı bir neçə evin həyəti, o cümlədən qaz borusu sıradan çıxıb. İnsanlar vahiməyə düşərək çölə axışıblar.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə qorunmayan keçiddə baş verib. “Hadisə nəticəsində qaz borusu sıradan çıxıb. Ərazidə qaz sızması baş verib. Hadisə yerinə aidiyatlı orqanların əməkdaşları cəlb olunub. Hadisənin nəticələri aradan qaldırılıb”, - deyə Nadir Əzməmmədov bildirib.
Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanları baş verən qəzann səbəblərini araşdırır.
Faktla bağlı araşdırma aparılır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












