Bakıda avtomobilində bıçaqlanan şəxsin qatili tutuldu

Avqustun 2-də saat 01 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin mətbuat xidmətlərindən teleqraf.com-a daxil olan birgə məlumatda qeyd olunur ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilib.
Həmçinin o da müəyyən edilib ki, P.Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib.
Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunub və o, yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












