Bakıda avtomobilləri talayan 3 nəfər tutuldu

Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, sentyabrın 14-də Kaveroçkin küçəsində Rəşad Nəbiyevə məxsus «Hyundai-Sonata» markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən Siyəzən rayon sakini Səmiyar Quliyev, Bakı şəhər sakini Fətulla Əzizov və Masallı rayon sakini Məhəmməd Həbibov polis əməkdaşları tərəfindən tutulublar. İstintaq zamanı məlum olub ki, qrup üzvləri sentyabrın 11-i saat 18:30-dan 13-ü saat 16-dək olan müddətdə Azadlıq prospektində İntiqam Hüseynova məxsus «Lexus» və sentyabrın 14-nə keçən gecə Mirqasımov küçəsində Mahir Əsədliyə məxsus «Toyota-Camry» markalı avtomobillərdən pul və müxtəlif əşyalar götürüblər. Bundan əlavə olaraq sentyabrın 14-də İ.Qasımov küçəsində Kərim Əbdürəhmanzadəyə məxsus «Peugeot» markalı avtomobildən oğurluğa cəhd ediblər. Faktla bağlı araşdırma davam edir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












