Bakıda avtoritet “Dəli Səfər” saxlanıldı - YENİLƏNİB

Dünən Bakı şəhəri, Suraxanı rayon 32-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində manyakı saxlayıblar.
Bir neçə bahalı maşının yandırılmasında təqsirli bilinən 1979-cu il təvəllüdlü Mahmudov Səfər Zöhrab oğlu daha öncə də barmaqlıq arxasına düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə vesti.az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
Saxlanılan şəxs kriminal aləmdə “Dəli Səfər” adı ilə məşhurdur. Ona bu adı həqiqətən də dəlilik kağızı olduğu üçün veriblər. Aparılan araşdırmalardan sonra arayışın saxta olduğu məlum olub, belə ki Mahmudov tamamilə sağlamdır.
Bununla yanaşı, alınan məlumata əsasən, o, 10-a yaxın maşını yandırıb.
Dindirilmə zamanı “dəliyə” sual verilib: “Niyə maşınları yandırırdın?” - cavab hüquq mühafizə orqanı əməkdaşlarını təəccübləndirib. Mahmudovun sözlərinə görə, yaxşı geyimli avtomobil sahiblərini gördükdə kin və paxıllıq hissi keçirirmiş. Ona görə də onlara pislik etmək istəyib, gecə heç kim görmədiyi zaman onların maşınlarını yandırırdı. Bu səbəbdən polislər Mahmudovu manyak adlandırıblar. Mahmudovun təkbaşına iş görmədiyi də məlumdur, onunla bərabər bir neçə nəfər də maşınları yandırırdı. Hal-hazırda istintaq “Dəli Səfər”in əlbir olduğu adamların şəxsiyyətini üzə çıxarmaqla məşğuldur.
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş










