Bakıda "avtoş" avtobusun VİDEOsu

Bakıda "avtoş" avtobusların sayı günü-gündən çoxalır. Anspress-in məlumatına görə, bu haqda istər əhali arasında, istərsə də mediada dəfələrlə müzakirələr açılıb, ancaq onun çözülməsi üçün bir əncam qırılmır. Maraqlıdır, günün günorta çağı, qırmızı işığa məhəl qoymayan, qarşı xəttə keçən, istədikləri yerdə istədikləri vaxt dayanan, sürət həddini aşan bu avtobusları Dövlət Yol Polisinin, Nəqliyyat nazirliyinin əməkdaşları görmürmü? Əlbəttə, görür və sakitcə ətrafı seyr edirlər. Səbəbi isə aydındır.
Avtobus sürücülərindən biri etiraf edib ki, "Mənim şəhərdə 10 min manatdan çox cəriməm var və bu cəriməni yaradan da, onu sildirən də avtobusları xəttə buraxan şirkət sahibləridir. Onların isə yalnız bir məqsədləri var. Bu yolla bizi özlərindən asılı vəziyyətə salırlar ki, biz çox pul istəməyək və yaxud başqa işə keçmək üçün cəhd göstərməyək. DYP-nin susması isə yığılan cərimə pullarının onların əliylə silinməsindən xəbər verir".
Qeyd edək ki, videoda görsənən 10 TF 875 dövlət nömrə nişanlı 81 nömrəli marşrut avtobusu "Transqeyt" şirkətinə məxsusdur. Marşurut avtobusunun sürücüsü sərnişinlərin həyatı ilə beləcə oynadı.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












