Bakıda bəzi ərazilərdə yaşayan sakinlərə 3 gün vaxt verildi – FOTO - VİDEO

Bakının Yasamal rayonunda bəzi küçələrdə yaşayan sakinlərə kondisionerlərin sökülməsi ilə bağlı xəbərdarlıq edilib. Avtosfer.az "Baku.ws"ə istinadən xəbər verir ki, bu barədə vətəndaşlar tərəfindən müraciət daxil olub. Sakinlərin sözlərinə görə, Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən edilən bildirişdə qeyd olunub ki, binaların fasadlarında quraşdırılan kondisioner və başqa quraşdırılmış əşyalar üç gün ərzində sökülməlidir. Əks halda, həmin avadanlıqlar qurum tərəfindən çıxarılacaq.

"Şəhərimizdə abadlıq işlərinin aparılması ilə əlaqədar olaraq İ.Səfərli küçəsi ilə D.Əliyeva, Vidadi, B.Səfəroğlu, A.Quliyev, H.Aslanov, L.Tolstoy, S.Tağızadə və Nizami küçələrinin kəsişmələrində yerləşən iaşə obyektlərinin, mənzillərin, müəssisə və özəl təşkilatların nəzərinə! Xahiş edirik, iaşə obyektlərinin, mənzillərin, müəssisə və özəl təşkilatların qarşısında və ətrafında Sizin tərəfinizdən quraşdırılmış dəmir maneələri, yağış çardaqları, kondisionerlər və digər avadanlıqları 3 (üç) gün müddətinə sökəsiniz", - deyə Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən göndərilən bildirişdə qeyd olunub.

Bəzi sakinlər bildirirlər ki, binalarının arxa tərəfinə pəncərələrin açılmadığına görə kondisionerləri yerləşdirmək üçün başqa imkanları yoxdur. Belə olan halda kondisionerlərin sökülməsini istəmirlər. Onlar məsul qurumlardan problemin alternativ həll yollarını nəzərdən keçirməyi xahiş ediblər.
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ












