Bakıda BMW icarəsi silahlı mafiya "razborkası"na çevrildi

Avtomobil kirayəsi və icarəsi də kriminalla zənginləşir.
Bakının tanınmış avtomobil kirayəsi ilə məşğul olan “Baku Cars” MMC-nin əməkdaşlarının adı kriminal cinayətdə hallanır. Dünən 19 yaşlı Elçin Quliyev Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə səs-küyə səbəb olacaq şikayət ərizəsi verib.
Noyabrın 17-də Ceyhun adlı tanışından 90 UF 678 dövlət nömrə nişanlı BMW markalı avtomobili icarəyə götürüb. Noyabrın 18-də isə özünü "Baku Cars" MMC-nin əməkdaşı kimi təqdim edən iki nəfər Koroğlu Rəhimov küçəsində onu "İnfiniti" markalı maşına mindirərək "Makarov" tipli tapança ilə hədələyərək 900 manat pulunu alıb.
Onun bu şikayətindən bir neçə saat sonra polisə daha bir şikayət daxil olub. Gecə saat 02 radələrində "Baku Cars" MMC-nin direktoru Taleh Səfərov polisə şikayət edib ki, Elçin və Ceyhun adlı şəxslər onun şirkətindən BMW markalı avtomobili icarəyə götürüblər. Geri qaytaranda isə maşının təkərlərinə 5000 manat məbləğində ziyan vurublar.
Məsələ ilə bağlı daha ətraflı məlumatı, o cümlədən "Baku Cars" şirkətində baş verənlərin əsl mahiyyətini öyrənməyə çalışacağıq. (milli.az)
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












