Bakıda bu ərazi narkomanların məskəninə çevrilib - sakinlər narahatdır - VİDEO

Paytaxtın Yasamal rayonu ərazisində narkomanlar baxımsız vəziyyətdə olan ərazini öz məskənlərinə çeviriblər. Onlar burada narkotik qəbul etdikdən sonra şprisləri əraziyə atırlar. Bu hal yaxınlıqda yaşayan sakinləri narahat edir.
Avtosfer.az xəbər verir ki, həmin əraziyə istifadə olunmuş çoxsaylı şprislər atılıb. Baxımsız vəziyyətdən istifadə edən narkomanlar ərazidə narkotik qəbul edirlər. Yaxınlıqda yaşayan sakinlər və parkdan istifadə edən vətəndaşlar isə buradan ehtiyatla keçirlər. Uzun müddətdir ki, sakinlərin bir hissəsi ərazidən köçürülərək evlərin əksəriyyəti sökülüb. Ancaq bəzi evlər var ki, orada hələ də insanlar yaşayır. Onların iddiasına görə, gündüz və axşam saatlarında əraziyə yığışan narkomanlar istifadə etdikləri şprisləri hara gəldi atırlar. Sakinlər iddia edirlər ki, narkotik qəbul edənlər yaxınlıqda yerləşən parka da gedirlər. Onlar bəzi hallarda parka istirahətə gələn sakinlər üçün problem yaradırlar. Sakinləri narahat edən problemlə bağlı Daxili İşlər Nazirliyinə məlumat verdik. Bir neçə dəqiqədən sonra əraziyə polis əməkdaşları və əməliyyat qrupu gəldi. Nazirlikdən Avtosfer.az-a bildirildi ki, problemin həll olunması üçün ərazi nəzarətə götürüləcək və burada fasiləsiz polis naryadları xidmət aparacaqlar.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











