Bakıda bu şəxslər üçün avtobuslar pulsuz olacaq

Bakıda I Avropa Oyunlarında ictimai nəqliyyatdan pulsuz istifadə edəcək şəxslərin kateqoriyası açıqlanıb. Akkreditasiya olunmuş qonaqlar, könüllülər, xidmət personalı, həmçinin Bakı-2015 İlk Avropa Oyunları yarışlarına giriş biletinə malik tamaşaçılar ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər. Bu barədə Bakıda keçirilən "Yol və yeraltı infrastruktur - urbanizasiya problemlərinin həlli yolları" adlı konfransda Bakı - 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinin rəhbəri Panayotis Protopsaltis deyib. O qeyd edib: "Bizə 900 avtonəqliyyat vasitəsi - avtobus və minik avtomobilləri - lazım olacaq. Bundan başqa, 2 min sürücüyə ehtiyacımız var. Bu rəqəmlərə nəzər salarkən, niyə I Avropa Oyunlarını meqatədbir adlandırmağımız başa düşülür".
P.Protopsaltis bildirib ki, bu avtonəqliyyat vasitələrinin sürücülərinin təlimi üçün dekabrın əvvəlində xüsusi mərkəz yaradılacaq. Oyunlar başa çatdıqdan sonra mərkəz peşəkar sürücülər hazırlamağa davam edəcək.
Departament rəhbəri deyib ki, hazırda Dənizkənarı Milli Park, hotellər, Dövlət Bayrağı Meydanı, idman və digər obyektlər arasında nəqliyyat əlaqələrinin qurulmasını nəzərdə tutan vacib yenilikçi konsepsiya üzərində iş davam edir: "Yüksək səviyyədə xidmət göstərmək üçün 360 nəfərlik tutumu olan iki yeni sərnişin gəmisindən istifadə edəcəyik. Bundan başqa, yüksəkvəzifəli qonaqları Dənizkənarı Milli Park boyunca daşıyacaq elektrik mühərrikli avtobuslardan istifadə etməyi planlaşdırırıq".
O vurğulayıb ki, qeyd olunan tədbirlər Neftçilər prospektində nəqliyyat yükünün artmasına imkan verməyəcək.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












