Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “BakuBus” və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətlərin ona qoşulması formasında yenidən təşkil edilməsi ölkəmizdə, xüsusilə də paytaxt Bakıda ictimai nəqliyyatın inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır.
Avtosfer.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Televiziyasına (ATV) müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün dünyada ayrı-ayrı nəqliyyat vasitələri deyil, bütövlükdə şəhərlərin ümumi mobilliyi müzakirə olunur.
“Dünyanın aparıcı şəhərlərində 15 ildən artıqdır tətbiq olunan bu mexanizm sərnişinlərə daha əlçatan, daha koordinasiyalı, daha rahat nəqliyyatı təmin etmək məqsədi daşıyır.
Sərnişinlər artıq metro, avtobus, tramvay və digər nəqliyyat növlərini ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan vahid nəqliyyat şəbəkəsinin elementi kimi istifadə edəcəklər. Nəqliyyat növlərindən əldə olunan məlumatlar vahid mərkəzdə emal olunub, analiz ediləcək və data əsaslı qərarların verilməsinə xidmət edəcək. London, Paris, Berlin, Honkonq, Sinqapur kimi şəhərlərdə bu təcrübə artıq çoxdandır tətbiq olunur. Bu qərar da həmin istiqamətdə atılmış strateji bir addımdır.
Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın, əksinə, bir-birini tamamlasın. Sərnişin metrodan çıxdıqda avtobus və ya taksi dayanacağına keçid etdikdə vahid bir xidmət zəncirinin davamını hiss etməlidir. Bu, gələcəkdə həm vahid ödəniş sisteminin, həm də vahid hərəkət qrafiklərinin tətbiqini daha da asanlaşdıracaq.
Bu Fərman “BakuBus” və “Bakı Taksi” şirkətlərini əhatə edir. “BakuBus” Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət şirkətidir. “Bakı Taksi Xidməti” isə sərnişinlərimizin “London taksisi” adlandırdığı xüsusi taksilərdən ibarətdir. Fərman bu sahəni əhatə edir. Digər marşrutlar, digər avtobus xidmətləri öz müstəqil fəaliyyətlərini davam etdirəcəklər”, - deyə o bildirib.
Vüsal Aslanov qeyd edib ki, sərnişinlər nəqliyyat növləri arasında keçidləri daha rahat həyata keçirə biləcəklər:
“Misal çəkdiyim şəhərlərdə həftəlik, saatlıq, aylıq paketlər mövcuddur. Bu, həmin ödəniş həllərinin başlaması üçün ilk addımlardan biridir. Gələcəkdə kompleks ödənişlərin həyata keçirilməsi istiqamətində hədəfə doğru irəliləyə biləcəyik”, - “Bakı Metropoliteni” QSC-nin sədri əlavə edib.
***
"Bakı Metropoliteni" QSC-nin "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərlə birləşdirilməsi bütün avtobus və taksi xidmətlərini əhatə etmir.
Avtosfer.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trendə müsahibəsində deyib.
Onun sözlərinə görə, dəyişiklik yalnız “BakuBus” və “Bakı Taksi” şirkətlərinə aiddir:
""BakuBus" Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət şirkətidir. "Bakı Taksi" isə sərnişinlərimizin "London taksisi" adlandırdığı xüsusi taksilərdən ibarətdir. Digər marşrutlar və avtobus xidmətləri isə öz müstəqil fəaliyyətlərini davam etdirəcəklər".
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR










