Bakıda "Dəhlizlər, yüklər, infrastruktur” mövzusunda konfrans və sərgi keçiriləcək

Sentyabrın 9-11-də Bakıda 4-cü Beynəlxalq “Black and Caspian Freight Forum 2025" adlı "Dəhlizlər, yüklər, infrastruktur” mövzusunda konfrans və sərgi keçiriləcək.
Avtosfer.az xəbər verir ki, tədbir regional, eləcə də beynəlxalq logistika liderləri üçün əsas görüş nöqtəsinə çevriləcək, 25-dən çox ölkədən 250-yə qədər nümayəndəni bir araya gətirəcək.
Bu il ilk dəfə olaraq, tədbirdə iştirakın daha səmərəli və nəticəyönlü olmasını təmin etmək məqsədilə rəsmi proqramın bir hissəsi kimi əvvəlcədən planlaşdırılmış B2B uyğunlaşma görüşləri təqdim ediləcək.
Forumun əsas mövzuları regionda beynəlxalq nəqliyyat dəhlizlərinin mövcud durumu və onların gələcək inkişaf perspektivlərinə yönəlib. Qara və Xəzər dənizi regionunda nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və tranzit potensialının artırılması ön plandadır.
Azərbaycan Asiya ilə Avropa arasında dəniz və quru nəqliyyatında mühüm bağlantı rolunu oynayaraq logistika mərkəzi kimi mövqeyini daha da gücləndirməyə çalışması müzakirə ediləcək. Qazaxıstan, Gürcüstan, Türkiyə və Türkmənistan kimi ölkələrin Şərq-Qərb yük axınlarının dəstəklənməsində oynadığı rol müzakirə mövzusu olacaq. Forum çərçivəsində regionun dəniz limanlarının gələcəyi də təhlil ediləcək. Bu limanlar arasında rəqabət və yaxud əməkdaşlıq əsasında inkişaf modeli, qarşılıqlı inteqrasiyanın imkanları və çağırışları, rəqəmsal texnologiyaların tətbiqi ilə xidmət səviyyəsinin artırılması məsələləri gündəmdə olacaq. Qara və Xəzər dənizlərində bərə xidmətlərin genişləndirilməsi, yeni marşrutların yaradılması və müasir donanmanın tətbiqi ilə bu sahədə regional daşımaların səmərəliliyinin artırılması da müzakirə olunacaq mövzulardandır.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










