Bakıda dəhşətli dəmiryol qəzası

Dünən Bakıda qatar ağır yol qəzası törədib. Binəqədi rayonunda, Baksol ərazisində Biləcəri qəsəbəsi istiqamətindən gələn qatarın sisternlərindən biri çıxıb və bir-iki kilometr yuvarlandıqdan sonra qarşısına çıxan “VAZ-21011” markalı minik maşınının üzərinə çıxıb. Hadisə şahidlərinin milli.az-a verdiyi məlumata görə, sistern “VAZ-21011”i sürüyərək bir neçə metr aparıb. Qarşısına çıxan beton maşınına dəyərək dayanıb. Parçalanan minik maşınının qalıqları böyük əraziyə yayılıb. Qəzaya uğrayan qatarın hərbi bazanın olduğu deyilir. Hadisə şahidləri deyir ki, qatardan ayrılan sistern o qədər sürətlə gedirmiş ki, teplovoz arxasından xeyli getsə də, çata bilməyib. Minik maşınında olan ata-bala ağır xəsarət alıb. Onları maşından çıxararaq xəstəxanaya aparıblar.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












