Bakıda dəhşətli qəza: 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Paytaxtın Suraxanı rayonunda 3 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən ağır qəza baş verib. APA-nın məlumatına görə, Zığ qəsəbəsi yolunda “Hyundai” və ”Mercedes” markalı minik avtomobilləri toqquşub. Ağır qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə “Hyundai” markalı avtomobildə olan yaralı sərnişini çıxarıblar. O, Təcili Tibbi Yardım Stansiyası ilə xəstəxanaya çatdırılıb. “Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Mustafayev Eyyub Yaqub oğlunun və “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan 2 sərnişinin cəsədləri avtomobildən çıxardılaraq, hüquq mühafizə orqanları əməkdaşlarına təhvil verilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO






















