Bakıda dəhşətli tıxac - VİDEO

Bir ildən sonra paytaxtda ilk Avropa Oyunlarının keçiriləcəyi əraziləri birləşdirəcək əsas yollardan olan Ziya Bünyadov prospektindəki təmir-tikinti işlərilə əlaqədar yolda nəqliyyatın hərəkəti dayanıb. Saatlarla sürücülər yollarda qalıb. Tıxac Ayna Sultanova heykəli istiqamətindən başlayaraq 3-cü mikrarayon bazarınadək uzanıb. Sürücülər yaranmış vəziyyətə səbəb kimi Neftçilər prospektinin bağlanmasını da əsas gətiriblər. Mənzil başına, iş yerinə tələsən sürücülər nəqliyyatın hərəkətinin iflic olduğu bu yollarda polis əməkdaşlarının yoxluğundan da gileyləniblər. Bir yandan günün istisi, bir yandan da yanacağın hədər yerə sərf olunması bəzi sürücüləri lap hövsələdən çıxarıb. Kimi yolun nə zaman açılacağını öyrənmək üçün avtomobilindən yerə enib, kimi də səbr etməyib nəqliyyat vasitəsinin yolun ortasında qoyub çıxıb gedib. İlk dəfədir ki məhz bu istiqamətdə uzunmüddətli tıxac yaşandığını deyən sürücülər alternativ yolların da bağlanmasından narazı idilər. Bu dəhşətli tıxac azmış kimi sərnişin avtobusunun yolun ortasında xarab olub qalaması sürücüləri daha da özündən çıxarmışdı. Çox keçməyib ki, avtobus tıxacda qalan digər sürücülərin köməyi ilə yolun ortasından kənarlaşdırılıb. Avtobus tıxacda işlək vəziyyətdə çox dayandığından mühərriki qızdıraraq hərəkətsiz halda qalmışdı. Ümumilikdə bu təmir işləri ilə əlaqədar olaraq yaranmış tıxac Azadlıq və Ziya Bünyadov prospektlərinin qovşağında da nəqliyyatın hərəkətini iflic edib. Yol tamam bağlandığı üçün Binəqədi istiqamətinə gedən sərnişinlər uzaq yolu piyada qət etmək məcburiyyətində qalıblar. Bütün bunları nəzərə alaraq sürücülərin adını çəkdiyimiz ərazilərlə hərəkət etməsi heç tövsiyyə olunmur.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










