Bakıda deputat oğlu 250 minlik maşınla “avtoşluq” etdi - FOTO

Bayram günlərində Bakı küçələrində qadağan olunmuş səs siqnallarından istifadə edən, bununla da asayişi pozan sürücü saxlanılıb. Avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobil isə cərimə meydançasına aparılıb. Həmin avtomobil hazırda Badamdarda yerləşən cərimə meydançasında saxlanılır. Aznews.az belə dəbdəbəli avtomobillə “avtoşluq” edən sürücünün kimliyini araşdırıb. Məlum olub sürücü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib.
Məsələ ilə bağlı sualları cavablandıran millət vəkili Famil adlı oğlunun olduğunu bildirsə də, onun idarə etdiyi “Maserati”nin cərimə meydançasına aparılmasını təsdiqləməyib: “O, orqan işçisidir. Onun qayda pozması və maşınının cərimə meydançasına aparılması inandırıcı deyil. Ancaq hər birimiz qanun qarşısında cavabdehik və bu baxımdan əgər yol hərəkət qaydalarını pozuruqsa, avtomobilimiz cərimə meydançasına aparıla bilər”.
Yeri gəlmişkən, Prezidentin sərəncamı ilə qadağan olunan bu səs siqnallarından istifadə etmək ən ağır qayda pozuntusu hesab edilir və bu əməli törədən şəxsin işi məhkəmədə həll olunur.
Qeyd edək ki, Mahir Aslanov Gorbanboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilib. Onun digər oğlu Məhəmmədəli Aslanov “Bank of Azerbaijan”ın İdarə Heyətində çalışır.
Deputat oğlunun cərimə meydançasındakı “Maserati”sinin fotosunu təqdim edirik:
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA













