Bakıda ər arvadını qısqanaraq döyüb öldürdü

Bakıda həyat yoldaşını döyərək öldürməkdə təqsirləndirilən Yavər Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mahmud Ağalarovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötəni ilin dekabr ayında paytaxtın Sabunçu rayonu, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib.
Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan, 1990-cı il təvəllüdlü Əliyev Yavər İlqar oğlu ilə həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əliyeva Nuranə Fəyaz qızı arasında qısqanclıq zəminində mübahisə yaranıb. O, qadını Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb yolun kənarına atıb.
Yaralı yoldan keçən şəxslərin köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. N.Əliyeva xəstəxanada dünyasını dəyişib.
Y.Əliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












