Bakıda evakuatorların fəaliyyətinə son qoyuldu

Son vaxtlar Bakıda avtomobillərin evakuasiya edilməsi ilə bağlı şikayətlərin, narazılıqların sayı durmadan artırdı. Artıq bu şikayətlərin nəticəsi var. Belə ki, Avtosfer.az saytının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, artıq ötən həftənin cümə günündən etibarən Bakıda evakuasiya maşınlarının fəaliyyəti dayandırılıb. Hətta, bildirilir ki, həmin gündən bəri paytaxtda dayanma-durma qaydalarını pozmağa görə bir dənə də olsun avtomobil evakuasiya edilməyib. Bunun səbəbinə gəlincə isə bildirilir ki, yol polisinin avtomobilləri haqlı-haqsız evakuasiya etməsi əhali arasında ciddi narazılıq yaradıb. Hətta buna görə Daxili İşlər Nazirliyinə ünvanlanan şikayətlərin sayında xeyli artım müşahidə olunub. Evakuasiya ilə bağlı cərimə meydançalarında sürücülərə qarşı kobud davranış, nəzərdə tutulandan artıq pul alınması, alınan pulun əvəzində hər hansı qəbz verilməməsi ilə əlaqədar şikayətlər üzündən DİN rəhbərliyinin göstərişi ilə evakuatorların fəaliyyəti dayandırılıb.
Avtosfer.az saytının əldə etdiyi digər məlumatlara görə, ümumiyyətlə, evakuasiya işi ilə bağlı bir sıra yeniliklər gözlənilir. Məlumata görə, evakuasiya işinin yol polisindən tam alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin tabeçiliyinə verilməsi planlaşdırılır. Lakin İdarənin əməkdaşı Lətif Axundov saytımıza bildirib ki, belə bir söhbət yayılsa da, real görünmür.
Başqa bir məlumata görə, Bakıda evakuatorların avtomobilləri daşıdığı cərimə meydançalarının bəziləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin balansında olub. Son vaxtlar evakuasiya işi ilə bağlı şikayətlərin çoxluğuna görə həmin cərimə meydançalırı Bakı şəhər DYPİ-nin balansından çıxırılır. Bəzi cərimə meydançalarına isə evakuatorlarla maşın daşınması qadağan edilib. Bakıdakı bütün cərimə meydançalarının Baş Dövlət Yol Polisi İdarəsinin tabeçiliyinə veriləcəyi bildirilir. Məlumata görə, bundan sonra evakuatorların fəaliyyəti qismən bərpa olunsa belə, əvvəlki kimi qarışıqlıq olmayacaq.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a açıqlamasında bu barədə hər hansı məlumata malik olmadığını bildirib.
Yeri gəlmişkən, iki ay öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayaraq evakuasiya işinin təkmilləşdirilməsi məsələsi barədə Daxidi İşlər Nazirliyinə göstəriş verib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bundan sonra DYP əməkdaşı hər hansı avtomobili evakuasiya edib cərimə meydançasına aparmazdan əvvəl yerində protokol tərtib etməli, protokol dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidməti (MMX) sisteminə yerləşdirilməli və avtomobilin hansı cərimə meydançasına evakuasiya edildiyi barədə «ASAN Xidmət» vasitəsilə nəqliyyat vasitəsi sahibinin mobil telefonuna SMS göndərilməlidir. Güman edirik ki, yol polisi Prezidentin bu tapşırığını sərəncamda qeyd olunan müddətdə icra edəcək və bu sahədə nizam-intizam yaranacaq.
Elməddin Muradlı
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı










