Bakıda faciə: Fəhlə torpaq uçqununa düşüb öldü

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, dərhal çağırış ünvanına Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, kanalizasiya xəttinin çəkilməsi üçün qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1962-ci il təvəllüdlü Paşayev Zakir Yasin oğlu dərinliyi təxminən 2,5 metr olan çuxurda uçqun altında qalıb.
Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb, torpaq uçqunu altında aşkarlanan Z.Paşayevin meyiti çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












