DİN-dən gənc aktrisanın taksidə seksual xarakterli hərəkətlərə məruz qalması barədə AÇIQLAMA - FOTO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova ilə bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, aktrisa Lalə Süleymanova taksidə sürücü tərəfindən qeyri-etik hərəkətlərə məruz qalması ilə bağlı polisə müraciət edib:
“Məsələ ilə bağlı hazırda Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
10:35
Bakıda gənc aktrisa Lalə Süleymanova taksidə seksual xarakterli hərəkətlərə məruz qalıb.
Avtosfer.az xəbər verir ki, aktrisa “Bolt” taksi şirkətinin sürücüsünün ona qarşı əxlaqsız hərəkətlər etdiyini iddia edib:
“Bu gün “Bolt” taksi sürücü tərəfindən tacizə məruz qalmışam. Həmin şəxs arxaya çönərək dəfələrlə ayağıma baxıb, cinsi orqanına toxunurdu. Narahatlığımı dilə gətirməyə qorxurdum, “manyak”ın biri idi, maşını hara sürəcəyini bilmirdim. Utanmadan, sanki başqa yerə baxırmış kimi əyilib ayaqlarımın arasına baxmağa çalışırdı. Polisə şikayət etdim, sabah ərizə yazmağa gedəcəyəm” - deyə aktrisa qeyd edib.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












