Bakıda geniş dezinfeksiya işləri görülüb - FOTO

Bakı Şəhər və rayonlarının icra hakimiyyətlərinin təşkilatçılığı ilə bu gün paytaxt ərazisində mövcud karantin rejiminin tələbləri çərçivəsində təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri keçirilib.
Avtosfer.az-ın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov jurnalistlərə açıqlamasında bildirib ki, iməcilik zamanı Bakının kommunal və digər xidmətləri tərəfindən şəhərdə prospekt və küçələr, səkilərin kənarları, bordürlər və işıq dirəkləri, yol kənarındakı məhəccərlər və köşklər yuyulur.
İcra qurumlarının tövsiyələrinə uyğun olaraq, küçə və prospektlərdə yerləşən mağaza, ictimai iaşə və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində yaxından iştirak ediblər.
Təmizlik işləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası da daxil olmaqla, paytaxtdakı idarə və təşkilatların inzibati binalarının fasadlarının təmizlənməsi, Bakı Funikulyoru, müxtəlif turizm və gəzinti obyektlərinin də yuyulub təmizlənməsi işləri aparılır.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz-torpaq təmizlənir, onların dibi yumşaldılır. Şəhər ərazisində Abşeronun iqliminə uyğun yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqlarının budanması, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri aparılır. Bu işlər mövsüm ərzində davam etdiriləcək.
Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində cari ildə üçüncü, pandemiyanın əvvəlindən isə 21-ci dəfə geniş dezinfeksiya tədbirləri həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin dezinfeksiyasını aparıb, xidmət əməkdaşları tərəfindən balansda olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və əlavə təmizlik işləri görülüb.
İməcilik və dezinfeksiya tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçiriləcək və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










