Bakıda güclü küləklər getdikcə çoxalır - XƏBƏRDARLIQ

Bakıda küləklərin getdikcə çoxalması dünyada baş verən qlobal iqlim dəyişmələri ilə əlaqədardır.
Trend-in məlumatına görə, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
Alim bu təbiət hadisəsinin getdikcə daha da artacağını və onların həm tezliyinin, həm də amplitudunun (gücünün) artmasının gözlənilən olduğunu vurğulayıb.
Akademik deyib ki, küləyin fəsadları təkcə evlərin dam örtüklərinin uçması, ağacların aşması kimi hallarda özünü göstərmir, bu fəsadlar açıq dənizdə gəmilərin hərəkətində, neftçilərin fəaliyyətində, tikintidə daha kəskin şəkildə büruzə verir. Xalq arasında “qara yel” deyilən güclü külək əkin sahələrində bitkilərin məhvinə də səbəb ola bilər:
“Küləyin fəsadlarına adaptasiya olunmaq lazımdır. İnsanlar belə hadisələrin istənilən an baş verə biləcəyini nəzərə almalı, həmişə hazırlıqlı olmalıdırlar”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












