Bakıda gürcü qadının maşınını vurduları: 2 nəfər yaralanıb

Suraxanıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Aeroport şossesində qeydə alınıb. Şosse ilə hava limanı istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobilin sürücüsü ötmə qaydalarını pozub və Gürcüstan vətəndaşının idarə etdiyi "Chevrolet" markalı maşını vurub. İlkin məlumata görə, qəza nəticəsində "Hyundai"nin hələlik şəxsiyyəti məlum olmayan sürücüsü və yanındakı qadın sərnişin xəsarət alıb. Qəzadan sonra yolda avtomobillərin sıxlığı artdığından, təcili tibbi yardım briqadası hadisə yerinə çatmaqda çətinlik çəkib. Yaralılar ətrafdakı avtomobillərdən biri ilə xəstəxanaya çatdırılıblar. "Chevrolet"in sürücüsü, Gürcüstan vətəndaşı Orli Palaqaşvili isə qəzadan xəsarətsiz qurtulub.
Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya sürətlə hərəkət edən "Hyundai" markalı avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub. Qanunla qadağan olunan qaydada ötmə əməliyyatı edən sürücü qəfildən qarşıdakı avtobusu görüb və maşını avtobusa çırpmamaq üçün manevr etmək istəyib. Lakin sürət yüksək olduğundan, o, bunu da edə bilməyib və maşını "Chevrolet"ə çırpıb. Gürcü qadının idarə etdiyi "Chevrolet" isə yoldakı dəmir arakəsmələrə çırpılıb, sonra isə bir neçə metr hündürlüyə qalxaraq, yerə dəyib. Xoşbəxtlikdən sürücüyə heç nə olmayıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO



















