Bakıda həyətində çətənə kolu əkən şəxs saxlanılıb - FOTO - VİDEO

Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələrin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Rasim Ağayev Türkan qəsəbəsi ərazisində saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 66 ədəd ümumi çəkisi beş kiloqram 490 qram çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bu ilin yanvar ayında əkdiyini və aqrotexniki qaydada xüsusi qulluq edərək yetişdirdiyini bildirib. Rasim Ağayev çətənə kollarını həm şəxsi istifadə, həm də satmaq məqsədi ilə əkdiyini qeyd edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Xəzər RPİ-nin İstintaq Şöbəsində zəruri istintaq tədbirləri davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












