Bakıda həyətində qanunsuz ət kəsimi ilə məşğul olan şəxs saxlanılıb - FOTO

Bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında tətbiq edilən qadağa və məhdudiyyətlərə məhəl qoyumadan gizli fəaliyyət göstərən ət kəsimi məntəqələrinin aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı Əli Nəzmi küçəsində yaşayan Şəmkir Həsənovun həyətində qeyri-qanuni heyvan kəsimi həyata keçirdiyi məlum olub.
Həmin şəxs və onunla birgə bu fəaliyyətlə məşğul olan daha bir nəfər saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.
Şəmkir Həsənov və onunla birgə saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri 200 manat məbləğində cərimə ediliblər.
Daxili işlər Nazirliyi bir daha xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb edir.
Namiq Musayev
.







Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












