Bakıda ilk inklüziv kafe olan “Kaşalata”ya mediatur təşkil edilib - FOTOLAR

Fevralın 19-da Medianın İnkişafı Agentliyi və “Birgə və Sağlam” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk inklüziv kafeyə - “Kaşalata”ya mediatur təşkil edilib.
Avtosfer.az xəbər verir ki, tədbirin əsas məqsədi media nümayəndələrini inklüziv məşğulluq modeli ilə tanış etmək və autizmli gənclərin cəmiyyətə inteqrasiyasına dəstək verən təşəbbüs barədə ictimaiyyəti məlumatlandırmaq olub.
Tədbir çərçivəsində media nümayəndələri kafenin fəaliyyəti ilə yaxından tanış olaraq, peşə bacarıqlarını inkişaf etdirən autizmli gənclərin gündəlik iş mühiti barədə məlumat əldə ediblər.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli çıxışında inklüziv məşğulluğun cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, medianın bu mövzuya diqqət yetirməsinin autizmli gənclərin sosial inteqrasiyasına mühüm töhfə verəcəyini bildirib.
“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova isə öz növbəsində “Kaşalata” kafenin autizmli gənclərin əmək bazarına qoşulması üçün mühüm platforma olduğunu qeyd edərək, bu təşəbbüsün davamlı və geniş miqyasda həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramı təqdim edilib və xatirə fotoları çəkdirilib.

















Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












