Bakıda komendant saatı qaydalarına necə riayət edilir - FOTO

Artıq bir neçə gündür axşam saatlarında Bakıda tətbiq edilən komendant saatı ilə əlaqədar paytaxtın müxtəlif ərazilərində polis postları qurulub.
"Report" xəbər verir ki, postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidmətlərini davam etdirirlər.
"Report"un çəkiliş qrupunun da müşahidə apardığı postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları saat 21:00-dan səhər saat 6:00-dək paytaxt ərazisində hərəkət edən avtomobilləri və vətəndaşları saxlayaraq, müvafiq icazə sənədlərinin olub-olmamasını yoxlayırlar.
Bundan başqa, avtomobillərin yük yerinə də baxış keçirilir. Eyni zamanda polis əməkdaşları vətəndaşları komendant rejiminin qaydaları barədə məlumatlandırırlar.
Qeyd edək ki, komendant saatı qaydasını pozan hərəkət iştrakçıları İnzibati Xətalar Məcəlləsinin 517-2.2 maddəsi - nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına əsasən fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək, hüquqi şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcəklər.
Xatırladaq ki, sentyabrın 28-də saat 00:00-dan ölkə ərazisində hərbi vəziyyət elan edilib. Bununla bağlı ölkə prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib.













Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












