Bakıda laqeydsizlikdən doğan problem

Avtosfer.az xəbər verir ki, Bakıda diqqətsizlikdən yaranmış süni tıxac insanlar üçün ciddi problem yaradır. Oxucuların milli.az-a verdikləri məlumata görə, Yeni Yasamal ərazisində yerləşən “Bizim market” ticarət obyektinin qarşısında paytaxt sakinləri hər gün əziyyət çəkirlər. Axşam saat 6-dan sonra orada yaranan tıxac hər bir ailə başçısını evinə ən azı 45 dəqiqə gecikdirir. Bəzən elə olur ki, sürücülər öz maşınlarını yol kənarında park edərək evə piyada getmək məcburiyyətində qalırlar. “Marketin qarşısında yol kifayət qədər enlidir, lakin yolun kənarında dayanan taksilər yolu daraltmaqla bərabər, avtobusları ikinci sırada dayanaraq sərnişinləri düşürüb-mindirməyə məcbur edir. Bu isə tıxacın yaranmasına gətirib çıxarır. Yol ayrıcında Dövlət Yol Polisinin kameraları olmasına baxmayaraq, bir dəfə də olsun yol polisi tıxaca müdaxilə etmir”, - deyə oxucular şikayətlənirlər.
Bakı Şəhər Yol Polisi İdarəsindən bildirildi ki, yol polisi təhkim olunduğu dislokasiya üzrə xidmət aparır və qeydə aldığı qanun pozuntusu üçün tədbir görür. Həmin ərazidə xidmət aparan naryad Yasamal ərazisində şikayət yaradan problemlə bağlı məlumatlandırılacaq.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












