Bakıda "Lexus"da huşsuz qız, ölmüş oğlan- SİRR AÇILDI

Dünən gecə Bakı şəhərinin Nərimanov rayonunda baş vermiş dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub. Avtosfer.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə O.Salamzadə küçəsində yerləşən çoxmərtəbəli binanın qarajında baş verib. Bildirilir ki, 22 yaşlı gənc, 1996-cı il təvəllüdlü qızla qarajda "Lexus" markalı avtomobildə olublar. Onlar avtomobilin salonunda olarkən kondisioneri qoşublar və zaman keçdikcə hava soyuducusunun buraxdığı zəhərli qaz maşının içinə dolub. Gecə saat 01:30 radələrində gənc oğlanın yaxınları qaraja gəliblər və burada faciəvi olayın şahidi olublar. Bəlli olub ki, gənc zəhərlənərək ölüb, gənc qız isə huşsuz vəziyyətdə qalıb. Bundan sonra qız isə Kliniki Tibbi Mərkəzin Toksikologiya mərkəzinə yerləşdirilib.
*****
10:47
Bu gecə Bakı şəhərinin Nərimanov rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, saat 01:30 radələrində Oqtay Salamzadə küçəsində yerləşən çoxmərtəbəli binanın qarşısında dayanmış və mühərriki işlək vəziyyətdə olan "Lexus" markalı avtomobilin yanından 1993-cü il təvəllüdlü gəncin meyiti tapılıb. Həmin avtomobilin arxa oturacağından isə 19 yaşı olan qız huşsuz vəziyyətdə aşkarlanıb. Gənc qız dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin araşdırmalar nəticəsində gənc qızla oğlanın intihar etdikləri üzə çıxıb. O da məlum olub ki, "Lexus" markalı avtomobil Yusif Yusifliyə məxsus olub və o, yaxınlıqda yerləşən binanın 11-ci mərtəbəsində yaşayıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












