Bakıda maraqlı hadisə: insanlıq ölməyib - FOTO

Bu günlərdə Bakıda maraqlı hadisə olub. Rövşən Rəhimov adlı bir istifadəçi Facebook-da belə məzmunlu status paylaşıb: "Dünən evə gec çatdım. Binəqədi qəsəbəsində yaşayıram. Qonşularım əsasən məcburi köçkünlərdir. Evimizin yanında parklanma yeri olmadığından maşını qonşu binanın yanında saxladım. Beynimdən fikir keçdi ki, qonşu həyətin sakinlərinin xoşuna gəlməyəcək. Amma yorulmuşdum, həm də gec idi, risk elədim. Səhər saat 11-də maşına yaxınlaşdım və sizin fotoda gördüklərinizi gördüm: şüşəni sındırıblar, hələ üstəlik, utanmayıb sellofan və skoçla səliqəylə bağlayıblar. Özümdən çıxdım - nə həyasızdırlar, fikirləşdim. Yaxşı ki, bunu edəni iş başında görməmişəm. Yəqin ki, xəstəxanalıq olardı. Neyləyim, həyətdə 200-dək adam yaşayır. Küçənin ortasında qışqırıb söyməyəcəkdim ki!.. Noutbuku yük yerinə atdım. Bunu eləyəni də Allaha tapşırdım. Maşına oturub mühərriki işə saldım. Şüşələri qaldırdım. ...Hamısı salamatdır!..
Belə yaxşı əməli edən adamdan onun haqqında pis fikirləşdiyim, üstəlik, Allaha tapşırdığım üçün üzr istəyirəm. Sən demə, axşam evə yorğun gələndə pəncərəni açıq saxlamışam, bardaçokda isə mənim üçün vacib olan sənədlər vardı. Bax mənim belə xeyirxah azərbaycanlı qonşularım var. Sizə də belələrini arzulayıram!" /milli.az/
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA













