Bakıda maşınlardan nömrə oğurlayan dəstə peydə olub - VİDEO

Bakının Suraxanı rayonunun eyni adlı qəsəbəsinin silsilə oğurluqlar olub. Avtosfer.az-ın ANS-ə istinadən verdiyi məlumatına görə, qəsəbənin Zərdabi küçəsində baş verən bu hadisə zamanı 5 vətəndaşa məxsus avtomobilin dövlət nömrə nişanı naməlum şəxslərin hədəfinə tuş gəlib. Sakinlərin sözlərinə görə, gecə həmişəki qaydada avtomobillərinin öz evlərinin qarşısında park etsələr də, səhər tezdən nömrələrin yoxa çıxdığını görüblər. Məhəllədə düşən hay-küydən bəlli olub ki, təkcə Zərdabi küçəsindən 5 avtomaşının qeydiyyat nömrəsi oğurlanıb.
Zərərçəkən Orxan Hüseynzadə deyir ki, gece saat 12-də evə gəlib və avtomobili həyətdə saxlayıb: “Saat 2-də səsə oyandım. Həyətə çıxdım gördüm sakitcilikdir. Təkrar evə qayıdıb yatdım. Səhər saat 4-də qonşu işə gedəndə görüb ki, maşının nömrəsini aparıblar”.
Zərəçəkənlərin sözlərinə görə, hadisənin baş verdiyi gecə digər məhəllədən də 3 avtomobilin nömrəsi oğurlanıb.
Səhər gördüm ki, maşının qapısı açıqdır. Dərhal maşına baxış keçirdim. Gördüm ki, sürücülük vəsiqəsi və maşının texniki pastportunu götürüblər", deyə zərərçəkən Rafiq Şəfiyev bildirdi. Zərərçəkənin sözlərinə görə, hadisədən sonra əraziyə polis əməkdaşları da gəlib. Onların izahatları da alınıb. Baş verən hadisə ilə bağlı araşdırmalar nə yerdə olduğunu öyrənmək üçün SuraxanI Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, həmin faktla bağlı artıq cinayət işi başlanılıb. Hələlik heç kimi şübhəli şəxs qismində istintaqa cəlb edilməyib.
O ki, qaldı vətəndaşların maşınlarının nömrəsinə məsələsinə, bildirildi ki, zərəçəkənlər ərazi üzrə 31-ci polis bölməsinə müraciət edərək oradan arayış almalı və həmin sənəd əsasında yeni nömrə sifariş verə bilərlər.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












