Bakıda maşınları yandıran şəxs danışdı - VİDEO

Bir neçə gün əvvəl Bakıda Suraxanı rayonunda 3 avtomobilin yandırılması polisi ayağa qaldırıb.Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyatla özgəsinin avtomobillərini yandıran şəxs saxlanılıb. Məlum olub ki, saxlanılan 41 yaşlı kişi zərərçəkmişlərin qonşusudur. Sərxoş şəxs binalarının qarşısındakı avtomobilləri yandırıb.
Hadisə bir neçə gün əvvəl gecə Bakıda Suraxanı rayonunda olub. Qaraçuxur qəsəbə sakinləri Malik Əliyev, İradə Kərimova və Nazilə İzətullayeva polisə şikayət ediblər ki, avtomobilləri naməlum şəxs tərəfindən yandırılıb.
Bir gecədə 3 avtomobilin yandırılmasından sonra Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyata başlayıblar. Çox çəkməyib ki, şübhəli kimi Fuad Xuduşov saxlanılıb. Dindirmə zamanı o, əməlini etiraf edib. Avtomobil isə alovlanaaq yanıb. Gecə olduğundan sakinlər yanğından gec xəbər tutublar. Əvvəllər də müxtəlif cinayətlərə görə həbs edilmiş Fuad Xuduşov ziyan vurduğu şəxsləri tanımadığını ve heç bir düşmənçiliyinin olmadığını deyir.
Fakta görə Fuad Xuduşov barəsində Suraxanı rayon polis idarəsində özgələrinin əmlakını qəsdən məhv etmə və ya zədələməklə onlara külli miqdarda ziyan vurma məddəsi ilə cinayət işi başlanıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












