Bakıda məktəbin ətrafında sürət həddi saatda 100 km-dir – Direktor dilə gəldi - FOTO

AMAK Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) dəstəyi ilə “Təhlükəsiz Məktəb Əraziləri” layihəsi çərçivəsində onlayn dəyirmi masa tədbiri keçirib. Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev, Bakı Nəqliyyat Agentliyinin Strateji İnkişaf və Planlaşdırma Şöbəsinin müdir müavini Hüseyn Abdullayev və 216, 251, 213 saylı məktəblərin direktorları iştirak edib. Təbirin məqsədi 2019-2020-ci ildə piyadaların daxil olduğu yol qəza məlumatlarının təhlili vasitəsilə əldə olunmuş nəticələri iştirakçılarla bölüşmək olub.
Tədbir zamanı qəzaların məlumatları əsasında yaradılmış interaktiv xəritə və məktəblərin FİA-nın SR4S proqramı vasitəsilə “Ulduz Qiymətləndirilməsi” ilə təhlil olunmuş məlumatlar nümayiş olunub. Məktəb ətraflarında aparılmış təhlillərlə yol hərəkəti ilə bağlı problemlər aşkar edilib və iştirakçılarla paylaşılıb.
Tədbir zamanı 216 nömrəli məktəbin direktoru məktəb ətrafında sürətin 100 km/saat olduğunu, yaxınlıqda heç bir piyada keçidinin olmadığını və piyadaların dəmir məhəccərləri aşaraq yolu keçdiyini vurğulayıb və bunun həm şagird, həm də müəllimlərin həyatı üçün təhlükə yaratdığını bildirib.
Bundan əlavə 213 nömrəli məktəbin direktoru isə məktəb ətrafında yol nişanlarının olmadığını bildirib və bunun məktəb ətrafından yol istifadəçilərinin təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu qeyd edib.
Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq uşaq travmatizminin minimuma endirilməsi istiqamətində DİN BDYPİ-nin həyata keçirdiyi tədbirlər barədə görüş iştirakçılarına tərəfimizdən ətraflı məlumat verilib, müzakirə edilən mövzulara dair həll yolları təklif edilmiş, suallar cavablandırılıb.
Hüseyn Abdullayev isə məktəb ətraflarında BNA-nın artıq işlər gördüyünü və növbəti illərdə də bu işlərin əhatə dairəsinin genişləndiriləcəyini bildirib, 216-213 saylı məktəblərin üzləşdikləri problemlərin tez bir zamanda aradan qaldırılacağını da vurğulayıb.
Emin
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT












