Bakıda mühafizəçiləri otağa salıb 60-dan çox ağacı məhv etdilər - VİDEO - FOTO

Bakıda gecə saatlarında 60-dan çox yeni əkilən ağaclar məhv edilib.
Report xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti və Dərnəgül 1 ünvanının kəsişməsində, yol kənarında tikinti materialları satılan obyektlərin qarşısında qeydə alınıb.
Ərazidə fəaliyyət göstərən sahibkar Vüqar Dəmirov “Report”a bildirib ki, məhv edilən ağaclar Xan çinarı və leylandr növünə aid olub.
Onun sözlərinə görə, ağacları gecə saatlarında əraziyə gəlmiş naməlum şəxslər məhv ediblər:
“Onlara etiraz edən iki mühafizə əməkdaşımızı isə otaqlarına salaraq qapını arxadan bağlayaraq əməllərinə davam ediblər. Ağacları qıran şəxslərin kimlikləri bilinmir”.
Şikayətçi vurğulayıb ki, ağaclar ötən ilin sentyabr ayında qanuni şəkildə əkilib: "15 ədəd Çinar, 66 ədəd Leylandr, ümumilikdə isə 81 ədəd yeni ağac idi. Həmin ağacların 60-dan çoxu indi yoxdur".
Zərərçəkənlər hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib.














Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










