Bakıda narkoman avtobus sürücüləri var – Deputatdan ŞOK açıqlama

«Bəzi avtobus sürücüləri 16 saat işləyirlər. Vətəndaşlar arasında belə bir söhbət gəzir ki, hətta avtobus sürücüləri yorğunluqlarını aradan qaldırmaq üçün nakotik vasitələrdən istifadə edirlər”. Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib. O bildirib ki, xarici ölkələrdə sürətli nəqliyyat idarə edənlər cinayət məsuliyyətinə cəlb edilir: “Xaricdə olarkən avtobusdan istifadə elədik, gördüm ki, sürücü heç yerdə sürəti artırmadı. Bizə təəccüblü gəldi. Məllum oldu ki, sürücüdə kart var və bu kartı avtobusun içinə quraşdırılmış cihazda qeydiyyatdan keçirir. Bu o deməkdir ki, əgər sürücü 8 saatdan artıq işləsə və sürət həddini aşsa, avtobusun mühərriki sönür. Sürücü qanunsuz yolla əldə etdiyi ikinci bir kartdan istidafə etsə, bu zaman yol polisləri onlarda olan cihazlar vasitəsilə bunu müəyyən edirlər”.
Deputat qeyd edib ki, bizdə də bu məsələyə baxılmalıdır. Millət vəkilinin fikrincə, avtobuslarda xüsusi cihazlar quraşdırmalıdır: “Polis nə qədər fəaliyyət göstərsə də bütövlükdə sərnişindaşımaya texniki nəzarət etmək mümkün deyil”.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov isə bu məsələyə münasibət bildirib. O qeyd edib ki, həqiqətən Qərb ölkələrinin əksəriyyətində rəqəmsal taxoqraflar qurulur və bu, nəqliyyat vasitəsinin hərəkətinə nəzarət edir: “Artıq Nəqliyyat Nazirliyində avtobus və sərnişindaşımada topoqrafların tətbiqi ilə bağlı işlər görülür. DİN və Nəqliyyat Nazirliyi birgə iş aparır. Bununla belə avtobus sürücülərinin 8 saatdan çox işləməsi ilə bağlı da müzakirələr aparılır. Nəqliyyat Nazirliyi tərəfindən müvafiq işlər görülür. Yaxın vaxtlarda sərnişindaşıma ilə bağlı köklü surətdə dəyişikliklər aparılacaq”, - deyə R.Hüseynov söyləyib.
Elməddin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












