Bakıda Olimpiya stadionu ətrafında qurulan yeni yollardan FOTOLAR

I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq yeni tikilən Olimpiya stadionu ətrafında qurulan yol infrastrukturu barədə məlumatlar açıqlanıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin məbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq Böyükşor gölü ətrafında yeni tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa, təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Layihəyə uyğun olaraq stadion ətrafında 4 dairəvi qovşaq, 3 körpü, 2 tunel, 1 piyada körpüsü və 1 piyada tuneli nəzərdə tutulub. Layihə çərçivəsində nəzərdə tutulan 2 tunel və 3 körpü vasitəsilə yeni tikilən yoldan Olimpiya stadionu ərazisinə, eləcə də Heydər Əliyev Beynəlxalq Hava Limanından və Olimpiya stadionu ərazisindən şəhərin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin yeni tikilən avtomobil yoluna birbaşa hərəkətini təmin etmək və stadion ərazisində salınan dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılar yaratmaq mümkün olacaqdır.
Tikintisi davam etdirilən 1 piyada körpüsü və 1 piyada tuneli isə metronun "Koroğlu" stansiyasından Olimpiya stadionuna piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub.
Sözügedən bütün layihələrin icrasının 2015-ci ilin mart ayının sonunadək başa çatdırılması planlaşdırılır.
Nurlan
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
















