Bakıda ölüm saçan küçə: Qurumlar problemə biganədir - VİDEO

Paytaxtın Xətai rayonunda yaşayan sakinlər uşaqlarının həyatından narahatdır.
Bu barədə video sosial şəbəkədə paylaşılıb.
Söhbət Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, bina 97-nin önündən gedir. Məlumata görə, artıq illərdir ki, qeyd edilən ərazidəki 95, 97, 111 nömrəli binaların önündən daimi avtomobil yolu kimi istifadə edilir. Bu illər ərzində dəfələrlə uşaqları və böyükləri maşın vurub. Hadisə səbəbindən ölənlər belə olub.
Görüntülərdən də görünür ki, binadan çıxan uşağı az qala maşın vuracaqdı, xoşbəxtlikdən bədbəxt hadisə baş verməyib. Ərazidə yaşayan sakinlər məcburiyyətdən yola tramplinlər qoyublar. Videoya diqqətlə baxanda görmək olur ki, tramplin səbəbindən avtomobilin sürətini azaltması bədbəxt hadisənin qarşısını alır. Ərazidə binaların önündə uşaq meydançalarının olmaması səbəbi ilə həyətdə oynayan uşaqlar belə hallarla tez-tez rastlaşırlar.
“Ərazidən keçən istənilən nəqliyyat vasitəsi, hətta DYP xidməti avtomobilləri belə binanın önündən sürətlə keçir. Məsələ bağlı sakinlər tərəfindən aidiyyəti qurumlara dəfələrlə müraciət ünvanlansa da, problemin aradan qaldırılması üçün heç bir tədbir görülmür. Yol hələ də təhlükə saçmağa davam edir.
Müraciət edilən qurumlardan - DYP, BNA, Bakı Şəhər İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) isə sakinlərə birmənalı olaraq gələn cavab “bizlik deyil” olub.
Sakinlər iddia edir ki, aidiyyəti qurumlar bir-birinin üzərinə ataraq onlara kömək etməkdən boyun qaçırır. Yolun təhlükəsizliyi təmin edilmir, uşaqlar üçün oyun meydançaları və burada yaşayan sakinlərin istirahəti üçün təhlükəsiz şərait yaradılmır. Bu səbəbdən illərdir ərazidə yaşayan sakinlərin və onların övladlarının həyatı təhlükə altında qalmaqda davam edir”, - deyə şikayətdə bildirilib.
oxu.az
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












