Bakıda piyada qırğını; 4 ölü

İyunun 4-də Bakının müxtəlif yerlərində yol qəzasına düşmüş 4 piyada ölüb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyunun 3-də saat 23:15 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsində qəsəbə sakinləri 1992-ci il təvəllüdlü Həsən Dəmirov idarə etdiyi «VAZ-21154» markalı avtomobillə 1975-ci il təvəllüdlü Ariz Quliyevi vurub. Piyada mayın 4-də 3 saylı xəstəxanada ölüb. Bundan başqa iyunun 4-də saat 07.40 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Sabirabad rayon sakini 1987-ci il təvəllüdlü Xəyal Əsgərov idarə etdiyi «Mercedes» markalı avtomobillə Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Kamran Məliklini vurub. K.Məlikov da 3 saylı xəstəxanada ölüb.
Qeyd edək ki, dünən Binəqədi rayonunda da piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Azadlıq prospektində Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Arif Yusifov idarə etdiyi «Volvo» markalı avtomobillə 1937-ci il təvəllüdlü Telman Nəcəfovu və arvadı 1942-ci il təvəllüdlü Ziba Nəcəfovanı vurub. Nəticədə T.Nəcəfov hadisə yerində, Z.Nəcəfova isə Travmatologiya İnstitutunda dünyasını dəyişib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












