Bakıda polis-sürücü davası: xəsarət alan var - FOTO

"8-ci kilometr bazarı"nın yaxınlığındakı "Diqlas" alış-veriş mərkəzinin önündə DYP-nin evakuasiya xidmətinin əməkdaşları ilə sürücülərin arasında əlbəyaxa dava-dalaşla müşayiət olunan insident baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə "yeni müsavat"ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, davanın səbəbi ticarət mərkəzinin qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulan meydançadan yol polisinin evakuator maşınları ilə avtomobilləri cərimə meydançasına aparmaq istəməsi olub. Sürücülər buna etiraz ediblər. Nəticədə münaqişə yaranıb və əsəbləri tarıma çəkilmiş tərəflər arasında əlbəyaxa dava düşüb.
Əməkdaşımızın verdiyi xəbərə görə, evakuasiya xidmətinin əməkdaşlarından biri etiraz edən sürücünü (onların adını hələlik dəqiqləşdirmək mümkün olmayıb) möhkəm döyüb. Ciddi bədən xəsarəti alan sürücünün halı pisləşib və onun üçün təcili tibbi yardım briqadası çağırılıb.
Daha sonra ətrafa çoxlu adamlara yığılıb və hadisə yerinə cəlb edilmiş polis qüvvələri tamaşaçıları olay yerindən uzaqlaşdırmağa çalışıblar.
Əməkdaşımız xəbər verir ki, hadisə yerinə artıq ikinci təcili yardım maşını da çağrılıb. Döyülən şəxs "Nissan-Sanni" markalı avtomobilin sürücüsüdür. Evakuasiya xidmətinin əməkdaşları döyülən sürücünün xəstəxanaya aparılmasının qarşısını almağa çalışıblar, bildiriblər ki, heç də onun vəziyyəti ağır deyil. Həkimlər isə xəsarət alanın təcili şəkildə xəstəxanaya aparmağın vacib olduğunu bildiriblər. Bu dəfə həkim briqadası ilə evakuasiya xidməti işçilərinin arasında münaqişə yaranıb.
Reportyorumuz xəbər verir ki, sonda polislər yaralı sürücünü öz maşınlarına qoyaraq polis bölməsinə - Nizami Rayon Polis İdarəsinin bölmələrindən birinə aparıblar.


Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












