Bakıda “pub”da əməliyyat: Onlarla şəxs cəzalandırıldı - VİDEO - FOTO
Gündəm
29 Avqust 2020 18:38

Paytaxt ərazisində karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nizami rayonu Məmmədəli Şərifli 84 B ünvanında “Bosman Pub” adı altında xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən və sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan obyekt aşkar edilib.
Həmin məkana baxış zamanı orada müştəri və xidməti personalla bərabər ümumilikdə 31 nəfərin xüsusi karantin qaydalarını pozduqları məlum olub.
Həmçinin, baxış zamanı obyektdə olan müştərilərin heç birinin sosial məsafə gözləmədiyi, eləcə də, tənəffüs yollarını qoruyan xüsusi tibbi maskalardan istifadə etmədikləri üzə çıxıb.
Obyekti icarə əsasında işlədən Bakı şəhər sakini Babək Qaçayev və digərləri saxlanılaraq, polis idarəsinə gətiriliblər. Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub və onlar inzibati məsuliyyətə cəlb olunublar.
Oxunub : 1834
DİGƏR XƏBƏRLƏR
27 Sentyabr 2026 12:36
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
27 Sentyabr 2026 00:00
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
26 Sentyabr 2026 19:45
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
26 Sentyabr 2026 19:41
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
26 Sentyabr 2026 19:35
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
ŞƏRH YAZ











