Bakıda qadın sürücü yolu tərsinə gedib qəza törətdi - FOTOLAR

Bakının Nərimanov rayonunda diqqətsizlik edən qadın sürücü qəza törədib. APA-nın məlumatına görə, hadisə Fətəli xan Xoyski prospektində qeydə alınıb. 31 yaşlı Aynurə Baxşıyeva sükanı arxasında olduğu "Volkswagen Jetta" markalı avtomobillə prospektdə əks istiqamətdə hərəkətdə olarkən, 43 yaşlı Hikmət Məmmədzadənin idarə etdiyi "Volkswagen Touareg "lə toqquşub. Baş verən qəzada xəsarət alan olmasa da, qadın sürücü hadisə yerini tərk edib. Dərhal hadisə yerinə Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. Yararsız hala düşmüş avtomobillər evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. İlkin ehtimallara görə qəzanın baş verməsinə qadın sürücünün prospektə əks istiqamətdə daxil olması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO

















