Bakıda qadınla yol polisi arasında dava - VİDEO

Bakıda polislərlə piyada qadın arasında dava yaranıb. Avtosfer.az-ın məlumatına görə, ANS-də yayımlanan sujetdən məlum olur ki, 49 yaşlı Sevda Əliyevanın polislərlə dava etməsinə səbəb yol keçidindən istifadə etməməsi olub.
Sevda Xəlilovanın sözlərinə görə, o günlərin bir günü Mirzə Ələkbər Sabir bağından Nizami parkına keçmək istəyib. İşıqforun avtomobillər üçün qırmızı ışığının yandığını görüb. Və bu zaman o, avtomobil yolundan digər tərəfə keçib. Bundan sonra xanımı polis əməkdaşları saxlayıb və sənədlərini tələb edib. Səbəb isə xanımın piyada keçidindən deyil, qadağan olunmuş magistral yoldan keçməsi olub. Müsahibim isə sənədlərini və adını söyləməkdən imtina edib. Sevda xanım deyir ki, asayiş keşikçiləri onu sərbəst buraxıb. Onlardan aralanan qadın dayanacağa yaxınlaşıb. Onun sözlərinə görə, sadəcə yerə tüpürüb. Bu zaman polislər qadına yenidən yaxınlaşıb. Onları təhqir etdiyini bildirərək. Bununla bağlı da xanımı bölməyə aparmağa cəhd ediblər. O, isə bölməyə getməyib. "Yaşca böyük olan polis o biri polisə dedi ki, gəl aparaq bunu. Öncə mən məsələnin nə yerdə olduğunu başa düşmədim. Hər iki polsi qoluma girdi. Ayaqlarım yerə dəymirdi, küçə ilə mən o vəziyyətdə apardılar”, deyə Sevda Xəlilova bildirdi.
Xanımı dinləyib adını çəkdiyi polislərlə görüşməyə cəhd etdik. Ancaq yaxınlaşdığımız polislər bizə bildirdi ki, onlar heç Sevda xanımı tanımırlar. Buna baxmayaraq onu da qeyd etdilər ki, istənilən halda piyada magistral yoldan deyil, onun üçün nəzərdən tutulmuş xüsusi zolaqdan keçməlidir.
Daha sonra xanım elə sözügedən iki asayiş keşikçisini görüb tanıdı və bildirdirdi ki, bu, elə ona zor tətbiq edən polislərdir. Özlərini Səbail Rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edən Faiq İbrahimov və İlkin Əliyev Sevda xanımın onları peşə fəaliyyətini yerinə yetirən zaman tüpürüb təhqir etdiyini dedi. Xanım isə deyilənlərlə razılaşmadı.
Bu zaman Sevda Xəlilova yenidən polisin "dur" əmrinə riayyət etmədən avtomobil yolunu qadağan olunmuş hissədən keçdi.
Polis əməkdaşlarının sözlərinə görə, bu işlə bağlı məhkəmə də baş tutub. Sevda Xəlilova polis əməkdaşına əl qaldırdığı üçün məhkəmə qərarına əsasən 200 manat məbləğində cərimə olunub. Çavuş Faiq İbrahimov bizə müsahibə verməsə də, hadisənin videogörüntüsünü təqdim etdi.
Hər halda kimin haqlı, kimin haqsız olmasını müəyyən etmək işi hüquq-mühafizə orqanlarının üzərinə düşüb. O da işini görərək qərarını verib.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










