Bakıda qəribə yol əhvalatı

Avtosfer.az xəbər verir ki, day.az-a məktub yazan Vasif adlı oxucu qəribə əhvalatla rastlaşıb. Bu günlərdə o, Dövlət Yol Polisindən qırmızı işıqdan keçməsi ilə bağlı bildiriş alıb. Baxmayaraq ki, o, borcunu 2014-cü ilin oktyabr ayında bağlayıb. Bildirişdə dəqiq yazılıb ki, cərimə ödənilməzsə, avtomobil cərimə meydançasına aparılacaq.
Belə bir məqamda oxucunu başqa bir problem də narahat edir. O, cəriməni Kapital Banka ödəyərkən ona qəbz veriblər, ancaq itirib. Oxucu belə bir məqamda necə davranacağı ilə maraqlanır.
"Necə sübut etmək olar ki, cəriməni ödəmişəm?" - deyə oxucu sual edir. Məsələ ilə əlaqədar saytın əməkdaşı Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. İdarədən ona bildiriblər ki, əgər vətəndaş cəriməni ödəyibsə və qəbzi itiribsə, banka müraciət edərək sənədin nüsxəsini almalıdır. Əgər sürücünün məlumatları bazaya daxil edilməyibsə, deməli, texniki problem baş verib. Bu məsələni araşdırmaq lazımdır. Yeganə çıxış yolu surətin çıxarılmasıdır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












