Bakıda qırmızı işıqdan keçən «07»ni vurdular - VİDEO

Yol qəzalarının əksəriyyəti sürət həddinin aşılmasından baş verir ki, bu da bəzən sürücülərin əsəblərinin tarıma çəkilməsi və ya səbirsizlik göstərməsi nəticəsində meydana gələn haldır. Avtosfer.az-ın Baş Dövlət Yol Polisi İdarəsindən əldə etdiyi bu videomaterialda da səbirsizlik göstərən sürücünün ağır qəzaya səbəb olduğu əksini tapır. Yüksək sürətlə hərəkət edən «VAZ-2107» markalı avtomobil sağ tərəfdən hərəkətdə olan qara rəngli «Cip»in yoluna çıxır. «07»nin qarşısındakı svetaforda qırmızı işıq yansa da, o, yaxınlaşarkən sağdan hərəkət edən nəqliyyat vasitələri üçün svetaforun yaşıl işığı sayrışmağa başlayır. Bunu görən «07»nin sürücüsü sağdan gələn maşınların dayanacağını güman edərək sürəti azaltmadan necə gəlirsə, o cür də «Cip»in yoluna çıxır. Güclü toqquşmadan hər iki avtomobilə ciddi ziyan dəyir. Xəsarət alan da var.
Yeri gəlmişkən, əgər «Cip»in hərəkət etdiyi yolda svetaforun yaşıl işığı sayrışmağa başlayırsa, bu o deməkdir ki, «07»nin yolunda hələ qırmızı işıq yanır. Bunu təsdiq edən daha bir amil həmin svetaforda başqa bir maşının dayanıb gözmələsidir. Beləliklə də, qəzanın baş verməsinə səbəb «07»nin svetaforun qırmızı işığından keçməsidir.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












