Bakıda qızı “Bentley”dən düşürüb belə döydülər – VİDEO

Gündəm 17 Mart 2015 01:30 Oxunub 10382
Bakıda qızı “Bentley”dən düşürüb belə döydülər – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ülkər İsayeva iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb

Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Bakı şəhəri BPİ-nin istintaq və təhqiqat idarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik- leytenantı Yasin Mikayıllının 14 mart 2015- ci il tarixli vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən Bakı şəhər prokurorluğunun müavini baş ədliyyə müşaviri Azər Əsgərov eyni tarixli təqdimatla məhkəməyə müraciət edərək Azərbaycan Respublikası 222.2.1-ci maddəsi ilə təqsirləndirən şəxs qismində cəlb edilmiş Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edib. Daxil olan məlumata əsasən bildirilir ki, Məmmədov Zaur Muxtar oğlu 09 mart 2015-ci ildə, saat 04:25 radələrində qardaşı Elin Məmmədovla bir qrup şəxs halında sərxoş vəziyyətdə ictimai yerdə, Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində heç bir səbəb olmadan tanışları İsayeva Ülkər Hamlet qızını idarə etdikləri 90 KU 050 dövlət nömrə nişanlı “Bentley” markalı avtomobildən zorla çəkib çıxarmaqla yerlə sürüyərək, əl və ayaqla zərbələr endiriblər. Hadisəni görən vətəndaşların müdaxiləsindən sonra Ülkər İsayeva taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmaq istəyən zaman, ona imkan verməyərək zorla taksi maşınından düşürdülərək yerlə sürülmüş təkrarən əl və ayaqla zərbələr yetiriblər. Bu zaman vətəndaşların müdaxiləsindən sonra Ü.İsayevaya təkrar təziq göstərilərək “Bentley” markalı minik avtomobilinə otuzdurularaq fiziki təziqə məruz qalıb.

Adıçəkilən hüquq mühafizə orqanlarında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hadisəsi ilə müşayət edilən hərəkətlər üzrə istintaq aparılaraq 12.03.2015-ci il tarixində Məmmədov Zaur Muxtar oğlu barəsində Azərbaycan Respublikasının CM-nın 221.2.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, Z. Məmmədov 12.03.2015-ci il tarixdə çübhəli şəxs qismində tutulub. 14.03.2015-ci ildə ona Azərbaycan Respublikasının CM- nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilib.

Barələrində 14.03.2015-ci il hər iki təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən iki qardaş- Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad ediliblər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cinayət hadisəsi ilə bağlı məlumatın doğruluğunu təsdiqləyib.

 

 

musavat.com

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh