Bakıda sabahdan bu yollar bağlanır - SİYAHI, XƏRİTƏ

Bakı 2015 Avropa Oyunlarının kişilər və qadınlar arasında fərdi ötüşmə velosiped yarışı ilə əlaqədar olaraq, paytaxtdakı bəzi yollar bağlanacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, Bakı 2-ci dairəvi yolunda Jumeirah Beach otelinin yaxınlığındakı dairədən Sea Breeze istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyi arasındakı hissəyədək iyunun 17-18-i tarixlərində aşağıda göstərilən vaxtlarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:
17 iyun:
11:30 – 15:30: «Jumeirah Beach» otelinin yaxınlığındakı dairədən - "Sea Breeze" istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-dək.
18 iyun:
05:30 – 20:40: «Jumeirah Beach» otelinin yaxınlığındakı dairədən Bilgəh Estates-in qərb hissəsində 1-ci geri döngəyədək.
06:30 – 18:40: Bilgəh Estates – in qərb hissəsində 1-ci geri döngədən - Sea Breeze istirahət mərkəzinin cənub-qərb istiqamətinin 5 km-liyinədək
Sürücülərə aşağıdakı alternativ yollardan istifadə etmək məsləhət görülür:
- Bilgəh istiqamətində hərəkət edən sürücülər «Jumeirah Beach» otelinin yaxınlığındakı dairəyə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilər
- «Bilgəh Estates»-dən qərb istiqamətdə hərəkət edən sürücülər Maştağa ərazisindən keçməklə Zuğulba magistral yoluna birləşən Abşeron küçəsindən (Məmməd Namazov) istifadə edə bilər
- Kürdəxanı qəsəbəsinə doğru hərəkət edən sürücülər Zabrat qəsəbəsindən keçməklə Zabrat magistral yolundan istifadə edə bilər.
Emin
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO











